...

Ağcabədidə ayağına dəmir parçası batan şəxs xilas edilib (VİDEO)

Hadisə Materials 12 May 2022 11:14 (UTC +04:00)
Ağcabədidə ayağına dəmir parçası batan şəxs xilas edilib (VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ağcabədidə su arxına yıxılan şəxs xilas eedilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, “112” qaynar telefon xəttinə Ağcabədi rayonunda 1 nəfərin su arxına yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1990-cı il təvəllüdlü Rəhimov Əziz Rüstəm oğlunun ayağına su arxında dəmir parçası bataraq koməksiz vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər müvafiq vasitələrdən istifadə etməklə zərərçəkmişə lazımi köməklik göstərərək su arxından çıxarıb, təcili tibbi yardım briqadasına təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti