Bakı. Trend:
DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı olan qadınların etibarından sui-istifadə edərək, Türkiyə Respublikasında yüksək gəlirli işlə təmin edəcəyi vədi ilə aldadaraq Antalya şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Qənimə Ədilova tutulub.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmünə əsasən Q.Ədilova Cinayət Məcəlləsinin 144-1-ci maddəsi ilə (İnsan alveri) təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.