...

Gürcüstanla dövlət sərhədi pozulub, 6 Azərbaycan vətəndaşı saxlanılıb (FOTO)

Hadisə Materials 21 May 2022 12:12 (UTC +04:00)
Gürcüstanla dövlət sərhədi pozulub, 6 Azərbaycan vətəndaşı saxlanılıb (FOTO)

Bakı. Trend:

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, qeyri-qanuni miqrasiya ilə mübarizə sahə­sində fəaliyyətlər davam etdirilir.

DSX-dən Trend-ə bildirilib ki, may ayının 21-də saat 02:12 radələrində Qazax rayonunun II Şıxlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində dövlət sərhədini pozmağa cəhd göstərən 5-i azyaşlı olmaqla, 6 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.

Araşdırma zamanı onlardan 1997-ci il təvəllüdlü Bukavadze Aybəniz Rafiq qızının əvvəllər də eyni cinayət əməlini törətməsinə görə axtarışda olması müəyyənləş­dirilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti