...

Orta məktəbdə bomba həyəcanı yaşadan şəxsə cinayət işi başlanıb

Hadisə Materials 24 May 2022 12:18 (UTC +04:00)
Orta məktəbdə bomba həyəcanı yaşadan şəxsə cinayət işi başlanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ağsuda orta məktəbdə bomba həyəcanı yaşadan şəxsə cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 4-də saat 4.50-də DİN-in “102 - Zəng Mərkəzi”nə mobil telefondan zəng edən şəxs “Ağsu rayonunun Ərəbuşağı kəndindəki orta məktəbdə bomba var” deyərək telefonu söndürüb.

Dərhal Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və məlumat təsdiqini tapmayıb.

Araşdırmalarla telefon zənginin Ərəbuşağı kənd sakini, ruhi xəstə, 23 yaşlı F.Nizamlı tərəfindən edilməsi müəyyən olunub. Əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb.
Ağsu Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 216-cı maddəsi (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) ilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti