...

Хəzərdə 2700 qarmaq aşkarlanıb (FOTO)

Hadisə Materials 6 İyun 2022 12:19 (UTC +04:00)
Хəzərdə 2700 qarmaq aşkarlanıb (FOTO)

Bakı. Trend:

Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin Baş Komanda-nəzarət mərkəzinə Xəzər dənizinin mərkəzi istiqamətində kiçik həcmli üzmə vasitəsinin günün qaranlıq vaxtında rejim qaydalarını pozması və qanunsuz fəaliyyətlə məşğul olması barədə məlumat daxil olmuşdur.

DSX-dən Trend-ə verilən məlumata görə, naməlum qayığın axtarışı və saxlanılması məqsədi ilə dövlət sərhədinin mühаfizəsində olan sərhəd gəmisi dərhal həmin istiqаmətə göndərilmiş və texniki müşahidələr gücləndirilmişdir. Həyata keçirilmiş tədbirlər nəticəsində Bəndovan reydində sahildən 21 mil məsafədə aşkarlanan qayığın təqibi zamanı içərisindəki 2 nəfərin dənizə şübhəli əşyalar atmaları müşahidə edilmişdir.

Sərhəd gəmisi tərəfindən qayıq saxlanılmış, "QO-1505" bort nömrəli üzmə vasitəsini qeyri-qanuni idarə edən şəxslərin Neftçala rayon sakinləri, 1975-ci il təvəllüdlü Süleymanov Ağakişi İrəvan oğlu və 1978-ci il təvəllüdlü Manafov Firdovsi Səmədağa oğlu olmaları müəyyən edilmişdir.

Dənizə atılmış əşyaların axtarışı ilə bağlı görülmüş tədbirlər nəticəsində ərazidə aşkar edilmiş 3 bağlamaya baxış zamanı ümumilikdə 2700 ədəd qanunsuz balıq ovlama vasitəsi olan qarmaq, müxtəlif növ spirtli içkilər, ətriyyat aşkarlanaraq götürülmüşdür.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti