...

FHN Qəbələdə itkin düşən şəxsin axtarışlarını davam etdirir (FOTO/VİDEO)

Hadisə Materials 5 Dekabr 2022 12:12 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar nazirliyi Qəbələdə itkin düşən şəxsin axtarışlarını davam etdirir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 30 noyabr 2022-ci il tarixində 1973-cü il təvəllüdlü Həmidov Səyavuş İbrahimxəlil oğlunun Qəbələ rayonunda mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə naməlum şəraitdə itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış işlərinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Hazırda ərazidə hökm sürən əlverişsiz hava şəraitinə baxmayaraq, FHN-in qüvvələri tərəfindən vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlərdə - Dəmiraparan çayının şimal-şərq hissəsi və Şonqar dağında meşənin dərinliklərinə doğru axtarış işləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti