Bakı. Trend:
Bakı şəhərinin Suraxanı rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 600 m² (hər mərtəbəsi 300 m², qeyri-yaşayış) olan ikimərtəbəli tikilinin 1-ci mərtəbəsində fəaliyyət göstərən ayaqqabı istehsalı sexində dəzgahın havalandırma qurğusu, 1 ədəd elektrik lövhəsi, 2 ədəd qoruyucu açar və 5 p.m kabel yanıb. Sexin qalan hissəsi və tikili yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.