Bakı. Trend:
Daxili İşlər Nazirliyi (DİN) Şəhidlər Xiyabanında baş verən insidentə aydınlıq gətirib.
DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Trend-ə açıqlamasında bildirib ki, yanvarın 20-də Şəhidlər Xiyabanında bir qrup şəxs ziyarətçilər üçün əvvəlcədən təşkil olunmuş növbəlilik prinsipini pozmaqla orada qarışıqlıq yaratmağa cəhd göstərib.
Cəhdin qarşısı alınıb və onlardan biri - Anar Hüseynov polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə saxlanılıb və inzibati qaydada həbs olunub.