...

Qazaxda evi yanan sakinin köməyinə sərhədçilər çatıb (FOTO)

Hadisə Materials 3 Fevral 2023 19:51 (UTC +04:00)
Qazaxda evi yanan sakinin köməyinə sərhədçilər çatıb (FOTO)

Bakı. Trend:

Qazax rayon Ürkməzli kənd sakinlərindən birinə məxsus evdə yanğın hadisəsi baş verib.

Trend-in məlumatına görə, həmin vaxt sərhəd döyüş məntəqəsinə su aparan Qazax əlahiddə sərhəd diviziyasına məxsus su maşını yanğın baş verən ərazidən keçərkən sakinlər suyun həmin əraziyə cəlb edilməsini xahiş ediblər.

Sərhədçilərimiz biganə qalmayaraq yanğının söndürülməsi üçün suyu vaxtında çatdırıblar və sakinlərin köməyi ilə yanğın söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti