...

Siyəzəndə avtomobil oğrusu saxlanılıb

Hadisə Materials 6 Fevral 2023 17:47 (UTC +04:00)
Siyəzəndə avtomobil oğrusu saxlanılıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Siyəzən RPŞ-yə rayon sakininə məxsus “VAZ-21099” markalı avtomobilin oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Valeh Quliyev saxlanılıb.

Faktla bağlı Siyəzən RPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti