...

Oğuzda kişi arvadını və özünü bıçaqlayıb

Hadisə Materials 14 Fevral 2023 18:18 (UTC +04:00)
Oğuzda kişi arvadını və özünü bıçaqlayıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Oğuzda kişi arvadını və özünü bıçaqlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, bu gün saat 17 radələrində 1962-ci il təvəllüdlü Oğuz şəhər sakini Nazim Rəhimov əvvəlcə kəsici alətlə arvadı, 1966-ci il təvəllüdlü Sevinc Rəhimovaya, daha sonra isə özünə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti