...

Bakıda şirkətin anbarı qarət edildi, 32 min 800 manatlıq metal oğurlandı

Hadisə Materials 15 Fevral 2023 12:08 (UTC +04:00)
Bakıda şirkətin anbarı qarət edildi, 32 min 800 manatlıq metal oğurlandı

Trend-i buradan izləyin

Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda şirkət qarət edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən şirkətlərdən birinin anbarında baş verib.

Naməlum şəxslər anbardan 32.800 manat dəyərində əlvan metallar oğurlayıb.

Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Qubadlı rayon sakini Arzuman Əhmədov, Şəki rayon sakini Hilal Əhmədov, Bakı şəhər sakinləri Elvin Əsgərov və Rövşən İbrahimov müəyyən olunaraq saxlanılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti