...

Şuşada silah-sursat aşkarlanıb

Hadisə Materials 17 Fevral 2023 15:19 (UTC +04:00)

Bakı. Trend:

Şuşada silah-sursat aşkarlanıb.

Bu barədə Trend-ə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd edilib ki, Şuşa Rayon Polis Şöbəsinin, Dövlət Təhlükəsizliyi Xidməti və Minatəmizləmə Agentliyinin əməkdaşlarının şəhər ərazisində keçirdikləri tədbirlər nəticəsində müxtəlif silah-sursat aşkar edilib.

Tapılan 1 “İqla” hava hücumundan müdafiə sistemi, 1 “Faqot” tank əleyhinə sistem, 1 avtomat, 1 tüfəng, 9 müxtəlif növ əl qumbarası, 45 müxtəlif növ mərmi, 4 partlayıcı, 1325 müxtəlif çaplı patronlar və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti