...

Xızıda narkotikin təsiri altında olan sürücü saxlanılıb

Hadisə Materials 22 Fevral 2023 14:25 (UTC +04:00)
Xızıda narkotikin təsiri altında olan sürücü saxlanılıb

Bakı. Trend:

Xızı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı "VAZ-2101” markalı nəqliyyat vasitəsinin sürücüsü Tərlan Qafarov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik vasitənin təsiri altında olması sübuta yetirilib.

T.Qafarovun barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti