...

61 kiloqramdan çox narkotikin sərhəddən keçirilməsinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 10 Mart 2023 12:13 (UTC +04:00)
61 kiloqramdan çox narkotikin sərhəddən keçirilməsinin qarşısı alınıb (FOTO)

Bakı. Trend:

61 kiloqram 810 qram narkotikin sərhəddən keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, Mart ayının 9-da saat 22:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisindən sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Ərazidə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 61 kiloqram 810 qram narkotik vasitə aşkar olunaraq götürülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti