Bakı. Trend:
Xəzər dənizində zəlzələ olub.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ saat 20:03-də qeydə alınıb.
62 kilometr dərinlikdə baş verən yeraltı təkanların gücü 3,9 bal olub.