...

Nicatın vəziyyəti necədir? - Dəhşətli qəza ilə bağlı yeni məlumatlar

Hadisə Materials 15 Avqust 2023 09:52 (UTC +04:00)
Nicatın vəziyyəti necədir? - Dəhşətli qəza ilə bağlı yeni məlumatlar
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, tanınmış bloqer "Nikosayağı" adı ilə tanınan Nicat Mütəllimov ağır yol qəzası törədib.

Trend xəbər verir ki, hadisə ilə bağlı onun dostu Ramil Qasımov məlumat verib.

O, Nicatın əməliyyat olunduğunu bildirib:

"Kim nə gəldi danışır... Guya maşında 4 nəfər olublar, içkili halda sürürmüş. Bunlar yalan məlumatdır. Maşında 2 nəfər olub. İçkili olmayıblar.

İndi reanimasiyadadır. Həkim deyir ki, saat 11-12-yə qədər oyanacaq. İnşallah hər şey yaxşı olacaq. Vəfat edən öz qardaşı deyil. Yaxın dostu olub. Nihat sağdır, o maşında olmayıb. Xahiş edirəm, yalan məlumat yaymayın.

Hadisə zamanı Nicat ancaq su istəyirdi, "su verin deyirdi"... Üzündə şüşənin qırıntılarından kəsiklər var idi. Dəhşət idi...".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti