...

Ağcabədidə baş verən qəzada Şəmkir sakini ölüb (FOTO)

Hadisə Materials 30 Sentyabr 2023 20:51 (UTC +04:00)
Ağcabədidə baş verən qəzada Şəmkir sakini ölüb (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcəbədi. Trend:

Ağcəbədidə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Trend-in yerli bürosu xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 32-BE-883 Dövlət qeydiyyat nişanlı "LADA PRİORA" markalı minik avtomobili digər minik avtomobili toqquşması nəticəsində avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində bir nəfər Şəmkir rayon Seyfəli kənd sakini 1996-cı il təvəllüdlü Hüseynov Orxan Salman oğlu həyatını itirib. Şəmkir rayon Seyfəli kənd sakini 1983-cü il təvəllüdlü Məmmədov Emin Raquf oğlu və əlavə iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Ağcabədi rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti