...

Şəmkirdə fərdi yaşayış evində yanğın olub

Hadisə Materials 23 Oktyabr 2023 22:33 (UTC +04:00)
Şəmkirdə fərdi yaşayış evində yanğın olub

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.

Trend xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti