Bakı. Trend:
Gədəbəy rayonunun Parakənd kəndində ümumi sahəsi 286 m² (hər mərtəbəsi 143 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 4 otağın yanar konstruksiyaları 118 m² sahədə və bitişik ümumi sahəsi 52 m² olan talvarın yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.