...

Qobuda sakini qanunsuz saxladığı odlu silahı polisə təhvil verib

Hadisə Materials 26 Noyabr 2023 14:55 (UTC +04:00)

Bakı. Trend:

Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis bölməsinə müraciət edən qəsəbə sakini 1980-ci il təvəllüdlü R.Dostalıyev 1998-ci ildə dünyasını dəyişən babası N.Dostalıyevdən qalan müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngini könüllü olaraq Bölmə əməkdaşlarına təhvil verib.

Əhalidə saxlanılan qanunsuz odlu silahların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün vətəndaşa təşəkkür edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti