Bakı. Trend:
Dekabrın 18-də saat 11:00 radələrində Saatlı Rayon Mərkəzi Xəstəxanasına kütləvi zəhərlənmə ilə bağlı çağırış daxil olub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, Tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə 9 nəfər yerləşdirilib:
"Onlara dəqiqləşdirilməmiş dəm qazı zəhərlənməsi diaqnozu qoyulub. Zərərçəkənlərin müalicələri davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir".
Qeyd edək ki, Saatlıda 8 məktəbli mikroavtobusda dəm qazından zəhərlənib. Hadisə Saatlının Qaranuru kəndində baş verib. Məktəbliləri dərsə aparan mikroavtobusda dəm qazının sızması baş verib.