...

Salyanda kollektor daşdı - Həyətləri su basdı (VİDEO)

Hadisə Materials 12 Mart 2024 16:14 (UTC +04:00)
Salyanda kollektor daşdı - Həyətləri su basdı (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İntensiv yağışlar səbəbindən Salyan rayonu, Qarabağlı kəndi ərazisindən keçən şor su kollektorunun daşması nəticəsində həyətyanı sahə və təsərrüfatlarda qrunt suları yığılıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əraziyə FHN-in Muğan Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Mərkəzin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, o cümlədən, şor su kollektorunda suyun səviyyəsinin endirilməsi və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti