...

Xocavənddə qəza ilə bağlı 5 nəfər xəstəxanaya yerləşdirilib (FOTO)

Hadisə Materials 2 Aprel 2024 23:34 (UTC +04:00)
Xocavənddə qəza ilə bağlı 5 nəfər xəstəxanaya yerləşdirilib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Xocavənd rayon ərazisində baş verən qəzada xəsarət alan 5 nəfər Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Bunu Trend-in Qarabağ bürosuna açıqlamasında Bərdə rayon mərkəzi xəstəxanasının direktoru Vüsal Məmmədov deyib.

Bildirib ki, hazırda xəstələrin vəziyyəti orta ağırdır:

"Axşam saatlarında 5 nəfər vətəndaşımız Xocavənd rayonu ərazisində keçirilmiş avtoqəzadan sonra xəstəxanamıza müraciət edib. Bərdə rayon mərkəzi xəstəxanasının qəbul şöbəsinə daxil olarkən xəstələrin hər birinin vəziyyəti orta ağır olaraq qiymətləndirilib. Hər bir xəstə üzərində ilkin cərrahi işləmələri icra olunub. Müayinələr davam etdirilir. Beşinin də vəziyyəti orta ağırdır. Həyatı təhlükələri yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti