...

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Hadisə Materials 26 May 2024 14:07 (UTC +04:00)

Bakı. Trend:

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 6 nəfər təxliyə edilib.

Bu barədə Trend-ə FHN-dən bildirilib.

Məlumata görə, Qaradağ rayonunda çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 76 m² olan 2 otaqlı mənzilin mətbəxində 3 p.m mebel və 3 ədəd məişət avadanlığı yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti