...

Tovuzda avtomobil çaya düşüb (VİDEO)

Hadisə Materials 15 İyun 2024 20:30 (UTC +04:00)
Tovuzda avtomobil çaya düşüb (VİDEO)

Bakı. Trend:

Tovuzda avtomobil çaya düşüb, batdıqları ehtimal olunan iki nəfərin axtarışları aparılır.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Hadisə Hunanlar kəndi ərazisində qeydə alınıb. Avtomobilin Kür çayına düşməsi nəticəsində çayda batdıqları ehtimal olunan digər iki nəfərin axtarışları Nazirliyin qüvvələri tərəfindən davam etdirilir.

Axtarışlar Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri tərəfindən intensiv şəkildə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti