...

Bakıda yaşayış binasında yanğın olub, 3 nəfər təxliyə olunub

Hadisə Materials 16 İyun 2024 16:12 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Suraxanı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində pilləkən qəfəsində quraşdırılan 8 ədəd elektrik sayğacı və 10 p.m elektrik kabeli yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 3 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti