...

Bakıda minik avtomobili dəmir maneəyə çırpılaraq yanıb

Hadisə Materials 22 İyul 2024 08:54 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Xətai rayonunda “Hyundai” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dəmir maneəyə çırpılıb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Nəticədə avtomobilin mühərrik hissəsi qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti