Bakı. Trend:
Bakıda yük avtomobilinin vurduğu piyada iki gün sonra ölüb.
Trend xəbər verir ki, Suraxanı rayonu, sentyabrın 3-də Binə qəsəbəsində 1990-cı il təvəllüdlü Kamran Salmanov idarə etdiyi "Mercedes" markalı yük avtomobili ilə piyada-61 yaşlı İslah Məmmədquliyev vurub.
Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq İ.Məmmədquliyev ötən gün ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.