...

Bakıda minik avtomobili yanıb (VİDEO)

Hadisə Materials 9 Oktyabr 2024 08:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Mercedes” markalı minik avtomobilində baş vermiş yanğın yaxınlıqdakı binaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin ön hissəsi yanıb, avtomobilin digər hissələri və yaxınlıqdakı yaşayış binası yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti