Bakı. Trend:
İlaxır çərşənbədə tonqal səbəbindən baş verən yanğınların sayı məlum olub.
Trend-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, ilaxır çərşənbədə tonqalların qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması nəticəsində baş vermis yanğınların söndürülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən 19 yanğına çıxış olub.
"Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğınlar böyük fəsadlar törətməsinə imkan verilmədən qısa müddətdə söndürülüb", - deyə məlumatda qeyd edilib.