Bakı. Trend:
Masallıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Xanmurad Hüseynovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Trend xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Xanmurad Hüseynov 17 il 6 ay müddətinə azadlqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, hadisə ötən ilin may ayında Masallı rayonu Şıxlar kəndi ərazisində baş verib. Təqsirləndirilən Xanmurad Hüseynova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə; xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla törədilkdə) maddəsi ilə ittiham irəli sürülüb.