...

Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib (VİDEO)

Hadisə Materials 14 Avqust 2025 11:54 (UTC +04:00)
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib (VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Mirəliyev Kamal Mehman oğlu saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

"Məhkəmənin qərarı ilə K.Mirəliyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 gün inzibati qaydada həbs edilib",- deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti