...

Qaxda piyadanın ölümü ilə nəticələnən yol qəzası oldu

Hadisə Materials 2 Fevral 2026 09:30 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Qaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə ötən gün saat 21 radələrində qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Mənsumov Elmar Hüseyin oğlu "Mersedes Benz" markalı, avtomobillə Qax rayonu, Güllük kəndi ərazisində piyada 1948-ci il təvəllüdlü Əliyev Abdurahman Hacımurad oğlunu ehtiyatsızlıqdan vurub.

Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qax RPŞ-nin İQ-da CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti