...

Mingəçevirdə sürücü sükan arxasında öldü, mikroavtobus qəzaya səbəb oldu

Hadisə Materials 13 Fevral 2026 07:22 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Mingəçevər şəhərində qeyri-adi və faciəli yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə şəhərin Cəmil Əliyev küçəsində qeydə alınıb.

Belə ki, sərnişin daşıyan “Ford” markalı mikroavtobusun sürücüsü sükan arxasında qəfil dünyasını dəyişib. Nəticədə idarəetməni itirən nəqliyyat vasitəsi yol kənarında dayanmış minik avtomobilinə çırpılıb.

Qəza zamanı mikroavtobusun sürücüsü, 1962-ci il təvəllüdlü Elxan Salahovun ilkin ehtimala görə ürək tutmasından vəfat etdiyi bildirilib. Məhz sürücünün sükan arxasında həyatını itirməsi qəzanın baş verməsinə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti