...

Axtarışda olan 34 nəfər sərhəddə saxlanılıb

Hadisə Materials 7 Fevral 2006 14:44 (UTC +04:00)

Ötən ay ərzində axtarışda olan 34 nəfər Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən sərhəddə saxlanılıb. Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Sərhədçilər tərəfindən 1 ədəd "Parabellum" markalı tapança, 15 ədəd 9 mm patron, 1 ədəd "RQD-5" əl qumbarası, 1 ədəd "RQD-5" əl qumbarasının partlayıcısı, 30 ədəd 5,45 mm patron, 1 ədəd zirehli texnikanın məhv edilməsi üçün mərmi, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi istiqamətində isə 22,1 qram heroin, 2,3 qram tiryək və 1,1 qram marixuana müəyyənləşdirilərək götürülüb.

Dövlət sərhədinin mühafizəsi zamanı 19 halda dövlət sərhədinin pozulmasının pozulmasının qarşısı alınmış, nəticədə 12 nəfər Gürcüstan vətəndaşı, 3 Azərbaycan vətəndaşı və 2 nəfər İran vətəndaşı sərhəd pozucusu qismində tutulub, sərhəd rejimi qaydalarını pozduqlarına görə 37 nəfər Azərbaycan vətəndaşı saxlanılıb.

Qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə 6 nəfər Özbəkistan vətəndaşı, 4 nəfər Qırğızıstan, 5 nəfər Azərbaycan, 1 nəfər Pakistan, 1 nəfər Moldova və 1 nəfər İran vətəndaşı saxta sənədlə, 2 nəfər Azərbaycan, 2 nəfər Rusiya, 1 nəfər Gürcüstan və 1 nəfər Pakistan vətəndaşı başqasına məxsus sənədlə, 62 nəfər müxtəltf ölkə vətəndaşları müvafiq sənədləri olmadığına görə saxlanılıb.

Ötən ay ərzində 7.000 ABŞ dollarının, 190.000 İİR rialının, 740 qutu müxtəlif markalı siqaretlərin, 74 ədəd peyk teleqəbuledicisinin, 23 top parçanın, 5 ədəd zinət əşyalarının və s. Əşyaların qeyri-qanuni keçirilməsinin qarşısı alınıb.

Xəbər lenti

Xəbər lenti