...

İki ay ərzində respublika ərazisində narkotiklərlə bağlı 392 cinayət faktı qeydə alınıb

Hadisə Materials 24 Mart 2006 15:43 (UTC +04:00)

Cari ilin 2 ayı ərzində Azərbaycan ərazisində narkotiklərlə bağlı 392 cinayət faktı qeydə alınıb. Bu barədə Trend Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bu cinayət faktlarından 118-i həmin narkotik maddələrin satışıyla, 274-ü isə saxlanılması ilə əlaqəlidir.

Qeyd olunan dövrdə ayrı-ayrı şəxslərdən 14 kiloqramdan artıq narkotik vasitə, psixotrop maddələr və prekursorlar, o cümlədən, 12 kiloqram marixuana, 1 kiloqram heroin, müxtəlif miqdarda tiryək, həşiş görülüb.

Bu növ cinayətlər törətdiklərinə görə tutulanlar arasında əcnəbi vətəndaşların sayı 15 nəfərdir. Həmin şəxslər müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunublar.

Xəbər lenti

Xəbər lenti