...

İrkutskda qəzaya düşən və Azərbaycan vətəndaşı sayılan Natalya İvinskaya reanimasiyadadır

Hadisə Materials 10 İyul 2006 17:40 (UTC +04:00)

İrkutskda baş vermiş A-310 təyyarə qəzasının qurbanı, Azərbaycan vətəndaşı sayılan Natalya İvinskaya reanimasiyadadır. Bu barədə Trend in xüsusi müxbirinə Ümumrusiya Azərbaycanlıları Konqresindən xəbər verilib.

Konqresdən bildiriblər ki, N.İvinskaya İrkutsk Vilayət Klinik Xəstəxanasının reanimasiya şöbəsindədir. Onun vəziyyəti ağırdır, lakin sabah səhər onu palataya yerləşdirmək planlaşdırılır.

Bundan əlavə, N.İvinskayanın üstündə sənəd tapılmayıb və buna görə onun dəqiq hansı ölkənin vətəndaşı olduğunu demək mümkün deyil. Lakin Rusiyanın Fövqaladə Hallar Nazirliyi Operativ qərargahında tərtib edilmiş siyahıda N.İvinskaya Azərbaycan vətəndaşı kimi göstərilib.

Xəbər lenti

Xəbər lenti