...

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri intihara cəhd edib

Hadisə Materials 2 İyul 2007 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Azərbaycan Silahlı Qüvvələrinin əsgəri intihara cəhd edib. İsmayıllı Rayon Prokurorluğundan Trend ə bildirilib ki, rayonun Qalacıq kənd sakini, Ağdam rayonundakı N saylı hərbi hissədə qulluq edən 1988-ci il təvəllüdlü Şirinov Fuad Fərhad oğlu ezamiyyətdə olarkən atasına məxsus ov tüfəngi ilə özünü öldürmək istəyib. Qalacıq kəndinin yaxınlığındakı Şirinbəy dərəsində ov tüfəngindən özünə atəş açıb. Ağır bədən xəsarəti alan Şirinov Bakıya xəstəxanaya gətirilib. Hazırda onun vəziyyəti ağır olduğundan ifadə almaq mümkün olmayıb. Hadisənin ailə münaqişəsi zəmnində baş verdiyi bildirilir. Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,125-ci (özünü öldürmə dərəcəsinə çatdırmaya cəhd) maddəsi ilə cinayət işi açılıb. Prokurorluqdan bildirilib ki, Şirinov hərbçi olduğundan cinayət işi Respublika Hərbi Prokurorluğuna göndəriləcək.

Şirinov ötən il İsmayıllı Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Xəbər lenti

Xəbər lenti