...

Astarada aşkarlanan quduzluq faktı ilə bağlı sahibsiz itlərin kütləvi məhvinə başlanılıb

Hadisə Materials 23 Avqust 2007 12:01 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend , müxbir P.Əliyeva/ Astaranın Siyəku kəndində inəkdə aşkarlanan quduzluq faktından sonra rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin sədrliyi ilə operativ müşavirə keçirilib və sahibsiz itlərin məhvinə dair sərəncam imzalanıb. Rayon Baytarlıq İdarəsinin rəisi Mübariz Axundovun cümə axşamı verdiyi məlumata görə, çərşənbə günündən sahibsiz itlərin məhvinə başlanılıb. Axundov bildirib ki, Astaranın özü də daxil olmaqla, bir neçə kənddə 20-yə yaxın sahibsiz it məhv edilib və onlarla ev iti peyvənd edilib. Bu işə rayon Ovçular Cəmiyyəti də cəlb olunub.

Astarada son 10 gündə üç quduzluq faktı qeydə alınıb. Rayonun Ərçivan kəndində sahibsiz it dörd nəfəri dişləyib. Siyəki kəndində isə quduzluq faktı iribuynuzlu mal-qarada qeydə alınıb. Belə ki, evdə saxlanılan inək sahibini dişləyib. Hesabat dövründə rayonda 115-ə yaxın itin insanları və mal-qaranı dişləmə faktı qeydə alınıb.

Quduzluq faktları ilə bağlı heyvanların başı Respublika Dövlət Baytarlıq Xidmətinin laboratoriyasına müayinə olunmaq üçün göndərilib və quduzluq faktı təsdiqlənib.

Quduzluqla bağlı rayonda 900 baş mal-qara peyvənd edilib. Vaksinlər gətiriləndən sonra daha 4000 baş mal-qara peyvənd ediləcək.

Astara paytaxt Bakıdan 300 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti