...

Lənkəranda polisin ölümü ilə nəticələnən yol qəzası baş verib

Hadisə Materials 6 Sentyabr 2007 12:29 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend , müxbir P.Əliyeva/ Lənkəranda polisin ölümü ilə nəticələnən yol qəzası baş verib. Trend in bölgə müxbirinin məlumatına görə, sentyabrın 6-na keçən gecə Lənkəranın Şəhidlər Xiyabanı ərazisində Masallının Böyük Xocavar kənd sakini, polis kapitanı, 1961-ci il təvəllüdlü Vaqif Bayram oğlu Həşimov, idarə etdiyi QAZ 0024 markalı 42 BA 119 dövlət nömrə nişanlı avtomobilini idarə edərkən, yolun kənarındakı bordura çırpıb. Nəticədə sürücü həlak olub, avtomobildə olan 3 sərnişin isə ağır yaralanıb.

Faktla bağlı Lənkəran rayon Polis İdarəsində araşdırma aparılır. İlkin ekspertiza rəyinə görə, hadisəyə səbəb yüksək sürət olub.

Lənkəran paytaxt Bakıdan 260 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti