...

İtaliyada Leonardo Da Vinçinin itmiş freskası aşkar edilib

Maraqlı Materials 12 Mart 2012 20:02 (UTC +04:00)
Florensiyanın ən məşhur binalarından biri olan Palasso Vekkionun zalında ekspertiza aparan mütəxəssislər Leonardo Da Vinçinin itmiş "Anqiari altında döyüş" adlı divar naxışını aşkar etdiklərini bəyan ediblər.
İtaliyada Leonardo Da Vinçinin itmiş freskası aşkar edilib

Azərbaycan, Bakı, 12 mart /Trend/

Florensiyanın ən məşhur binalarından biri olan Palasso Vekkionun zalında ekspertiza aparan mütəxəssislər Leonardo Da Vinçinin itmiş "Anqiari altında döyüş" adlı divar naxışını aşkar etdiklərini bəyan ediblər. Bu barədə Trend bazar ertəsi RİA Novosti-yə istinadən yazır.

Florensiyadakı mətbuat konfransında alimlər bildiriblər ki, məşhur rəssama məxsus freskanın izlərini Böyük Şura zalının ("Beşyüzlər salonu") şərq divarında Corco Vazarinin "Marçiano yanında döyüş" adlı divar naxışının altından tapıblar. Xatırladaq ki, dahi rəssam bu əsər üzərində 1503-1506-cı illərdə çalışıb.

Başda Leonardo Da Vinçi yaradıcılığının tədqiqatçısı Mauritsio Seraçininin olduğu alimlər qrupu freskanı mikrokamera ilə təchiz olunmuş və Vazarinin freskasının müstəvisinin üzərinə bərkidilmiş xüsusi qurğu vasitəsilə aşkar ediblər. Həmin qurğu vasitəsilə götürülən nümunələr ekspertizaya göndərilib və nəticələr çox böyük ehtimalla Palasso Vekkioda "Beşyüzlər salonu"nda bu dahi rəssamın əsərinin yerləşdiyini göstərib.

Xəbər lenti

Xəbər lenti