...

Şosedə 24 ton sardina balığı (FOTO)

Maraqlı Materials 13 İyul 2012 12:49 (UTC +04:00)
Polşada sardina balığı daşıyan yük avtomobilinin sürücüsü maşının yük yerini kilidləməyi unudub. Nəticədə 24 ton sardina balığı Kolobjeq şəhəri yaxınlığındakı magistrala tökülüb.
Şosedə 24 ton sardina balığı (FOTO)

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir X.Murtuzayeva/

Polşada sardina balığı daşıyan yük avtomobilinin sürücüsü maşının yük yerini kilidləməyi unudub. Nəticədə 24 ton sardina balığı Kolobjeq şəhəri yaxınlığındakı magistrala tökülüb. Sanki balıq selinə çevrilən yol saatlarla istifadəyə yararsız hala gəlib. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Bu yoldan çox istifadə edən avtomobil sürücüləri bu mənzərə qarşısında şok keçiriblər və uzun müddət yolun təmizlənməsini gözləmək məcburiyyətində qalıblar.

"Bu mənzərəni ilk dəfə görəndə dedim ki, İlahi, özün kömək ol! Çox maraqlı mənzərə idi", - 62 yaşlı Vladislav Novak deyir.

Polis əməkdaşları yük maşınının sürücüsü, 26 yaşlı Yakob Sarovskinin arxa qapını düzgün bağlamadığını bəyan ediblər.

Polşada qüvvədə olan müvafiq qanuna görə, indi gənc sürücü yolun təmizlənməsi xərcləri üçün 5 min zlota ödəməlidir.

Xəbər lenti

Xəbər lenti