...

"Təyyarə adam" yenə heyrətləndirdi (FOTO)

Maraqlı Materials 10 Sentyabr 2012 16:36 (UTC +04:00)
Qeyri-adi uçuşları ilə tanınan isveçrəli keçmiş döyüş pilotu 53 yaşlı Ves Rossi yenə çətin bir uçuş həyata keçirib.
"Təyyarə adam" yenə heyrətləndirdi (FOTO)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

Qeyri-adi uçuşları ilə tanınan isveçrəli keçmiş döyüş pilotu 53 yaşlı Ves Rossi yenə çətin bir uçuş həyata keçirib. Bu barədə Trend Türkiyə mətbuatına istinadən xəbər verir.

Rossi bu dəfə İsveçrə səmasında tarixi bir döyüş təyyarəsi ilə eyni vaxtda uçub.

O, İsveçrənin Cenevrə şəhərindəki Bex hava limanından İkinci Dünya müharibəsinə aid İngiltərə istehsalı olan "Spitfire MH434" modelli təyyarə ilə sinxron şəkildə uçub. Rossi bir müddət təyyarə ilə çox yaxın məsafədə irəliləyərək onu izləyənləri heyrətləndirib.

Qeyd edək ki, pilot dördmotorlu reaktiv qanadları ilə uçan ilk insan adını 2006-cı ildə qazanıb. Daha sonralar o öz "qanadları" ilə saatda təxminən 300 kilometrə çatan sürətlə La-Manş boğazı, Alp dağları və Böyük Kanyon üzərindən uçuşlar edib.

Xəbər lenti

Xəbər lenti