...

Dünyanın ən sədaqətli iti...

Maraqlı Materials 15 Sentyabr 2012 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir M.Salmanov/

Argentinada "Kapitan" ləqəbli it 6 ildir sahibinin məzarının yanında keşik çəkir. Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu maraqlı hadisə Migel Qusman adlı şəxsin 2005-ci ildə həmin iti alaraq oğluna hədiyyə etməsindən sonra başlayıb.

Qusman 2006-cı ildə öldükdən sonra it evdən qaçıb. "Kapitan"ı müəyyən müddətdən sonra Qusmanın məzarının yanında aşkar edənlər xeyli təəccübləniblər. Çünki it sahibinın məzarını sırf daxili instinkt hesabına tapa bilib.

İt səhər saatlarında çöldə dolaşsa da, gecə vaxtları məzarın yanından ayrılmır.

Xəbər lenti

Xəbər lenti