...

Yaddaş zəifliyi yaşla əlaqədar deyil

Maraqlı Materials 5 Noyabr 2012 17:40 (UTC +04:00)
Yaddaş düşündüyümüzdən daha əvvəl pisləşməyə başlayır. Belə ki, yaddaş zəifliyi heç də həmişə yaş dəyişiklikləri ilə bağlı olmur. Bu, 40, hətta 30 yaşında da başlaya bilər.
Yaddaş zəifliyi yaşla əlaqədar deyil

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir X.Murtuzayeva/

Yaddaş düşündüyümüzdən daha əvvəl pisləşməyə başlayır. Belə ki, yaddaş zəifliyi heç də həmişə yaş dəyişiklikləri ilə bağlı olmur. Bu, 40, hətta 30 yaşında da başlaya bilər. Bu barədə Trend Britaniyanın "Telegraph" qəzetinə istinadən məlumat verir.

Bunu 50 yaşdan yuxarı mindən çox insan arasında aparılan sorğunun nəticələri göstərib. Məlum olub ki, problemlər orta hesabla 57 yaşından, bəzən hətta daha əvvəl başlayır.

Rəyi soruşulanların 2 faizi etiraf edir ki, yaddaşın keyfiyyəti 40 yaşdan sonra azalmağa başlayır. 6 faiz isə bunun 30 yaşdan sonra baş verdiyini bildirir. Bütovlükdə insanların əksəriyyətində yaddaşla bağlı narahatlıq və xoşagəlməz vəziyyətlərə düşmək pensiyaya çıxandan sonra başlanır. Onların təxminən 31 faizi yaddaşının itməsinin mümkünlüyü ilə bağlı narahat olduğunu bildirir.

Rəyi soruşulanlar evdən corabsız çıxdıqları və ya sadə sözün necə yazıldığını unutduqları barədə hadisələri misal gətirirlər. Bəziləri işgüzar görüşdə hətta öz adını unutduğunu, təyin olunmuş vaxtda həkimə gəlmədiyini və ya təsadüfən partnyorunu mağazada qoyub çıxdığını bildirir.

Sorğunu keçirən "Love to Learn" portalının əməkdaşları qeyd edirlər ki, yaşı 50-dən yuxarı olan respondentlərdən 1/3-i başqalarının adlarını, 19 faizi açarlarını, eynəyini, 13 faizi isə PIN kodu unudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti