...

Çavesin kabineti muzey olacaq

Maraqlı Materials 10 Aprel 2013 09:39 (UTC +04:00)
Venesuelanın mərhum prezidenti Uqo Çavesin kabineti muzey olacaq.
Çavesin kabineti muzey olacaq

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir E.Tanrıverdiyev/

Venesuelanın mərhum prezidenti Uqo Çavesin kabineti muzey olacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü müvəqqəti olaraq prezident səlahiyyətlərini icra edən Nikolas Maduronun çıxışına istinadən "BBC News" xəbər yayıb.

Maduronun sözlərinə görə, bundan sonra Çavesin iş otağı toxunulmaz olaraq saxlanılacaq. Prezident iqəmatgahının Çavesin otağının yerləşdiyi hissəsində "Bolivarian inqilabı"na, Çavesin sosial islahatlarına həsr olunan muzey təşkil olunacaq. Maduronun sözlərinə görə, onun özü iqamətgahın digər hissəsində yerləşən kabinetdə işləyəcək.

Xatırladaq ki, Venesuelanın keçmiş prezidenti Uqo Çaves martın 5-də xərçənglə uzun sürən mübarizədən sonra vəfat edib.Çaves 14 il ərzində Venesuelaya rəhbərlik edib və ölümünə bir neçə ay qalmış növbəti prezident seçkilərində qalıb gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti