...

Dieqo Maradona Çavesin varisinin seçkiqabağı mitinqində iştirak edib

Maraqlı Materials 12 Aprel 2013 10:13 (UTC +04:00)
Məşhur argentinalı futbolçu Dieqo Maradona hakim partiyanın Venesuela prezidentliyinə namizəd Nikolas Maduronun tərafdarlarının mitinqində iştirak edib.
Dieqo Maradona Çavesin varisinin seçkiqabağı mitinqində iştirak edib

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir E.Tanrıverdiyev/

Məşhur argentinalı futbolçu Dieqo Maradona hakim partiyanın Venesuela prezidentliyinə namizəd Nikolas Maduronun tərafdarlarının mitinqində iştirak edib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Associated Press" agentliyi xəbər yayıb.

Bir neçə yüz min insanın qatıldığı mitinq Maduronun seçkiqabağı kampaniyasının yekun tədbiri olub. Mitinqdə iştirak edən Dieqo Maradona hakim partiyanın prezidentliyə namizədinin tərəfdarlarını salamlayıb. Sonra o, bir neçə topu imzalayaraq, mitinq iştirakçılarına tərəf göndərib. Maradona mitinq iştirakçılarının qarşısına Maduronun tərəfdarlarının rəngi hesab olunan qırmızı köynəkdə çıxıb.

Venesuelada Uqo Çavesin ölümündən sonra elan edilən növbədənkənar prezident seçkiləri aprelin 15-də keçirləcək. Uqo Çavesin özünün varisi seçdiyi Nikolas Maduro ölkə başçısı postu uğrunda müxalifətin vahid namizədi Enrike Kaprileslə mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti