...

4 400 il yaşı olan qadın skeleti tapılıb

Maraqlı Materials 23 Aprel 2013 10:09 (UTC +04:00)
Arxeoloqlar İngiltərənin qədim krallıq rayonu olan Vindzor yaxınlığında 4 400 il əvvəl basdırılmış bir qadın skeleti aşkar ediblər.
4 400 il yaşı olan qadın skeleti tapılıb

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Arxeoloqlar İngiltərənin qədim krallıq rayonu olan Vindzor yaxınlığında 4 400 il əvvəl basdırılmış bir qadın skeleti aşkar ediblər. Skelet çoxlu sayda qızıllarla birlikdə dəfn edilib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hürriyyət" qəzeti xəbər verir.

Skeleti tapılan şəxsin boynundaki kəhrəba muncuqlarla bəzədilmiş boyunbağı onun yaşadığı dövrün rəhbər ali sinfinə mənsub şəxsl olduğunu göstərir. Təxminən 18 ay əvvəl tapılan skelet sümük və qızılların metallurgiya testlərinin nəticələri məlum olana qədər qapalı şəraitdə saxlanılıb.

Arxeoloji qazıntını həyata keçirən alim Qaret Çaffinin fikrincə, araşdırmalar nəticəsində 40 yaşında öldüyü aydın olan qadının hakim ailəyə mənsub şəxslərindən biri olduğu, hətta onun tarixdən əvvəlki dövrdə şahzadə və ya kraliça olması tamamilə mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti