Azərbaycan, Bakı, 3 iyul /Trend/
Rusiya Prezidenti Vladimir Putin ölkədə eynicinsli ailələr tərəfindən övladlığa uşaq götürülməsinə qadağa qoyub. Trend-in çərşənbə günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir: "Bu addım övladığa götürülmüş ailələrdə uşaqların ahəngdar və layiqli tərbiyəsini təmin etmək, həmçinin onların psixikasına və şüuruna mümkün arzuolunmaz təsirlərdən (qeyri-ənənəvi seksual davranışları süni şəkildə yeritmək), həmçinin komplekslərin yaranmasından, ürək sarsıntılarından, stresslərdən qorumaq üçün atılıb. Psixoloqların araşdırmalarına görə, eynicinsli ailələrdə tərbiyə alan uşaqlar yuxarıda sadalanan problemlərdən əziyyət çəkirlər".